Kişi voleybolçular arasında Azərbaycan çempionatında ilin ilk qarşılaşmalarının vaxtı açıqlanıb.
Apasport.az xəbər verir ki, yanvarın 11-də kişi voleybolçuların Yüksək Liqasında 8-ci tur çərçivəsində 2 oyun baş tutacaq.
Günün ilk qarşılaşması “Murov Az Terminal” klubunun idman zalında təşkil olunacaq. Oyun saat 16:00-da “Neftçi” və MOİK komandaları arasında keçiriləcək.
Turun növbəti qarşılaşmasında isə “Murov Az Terminal” komandası “AZERRAIL”lə üz-üzə gələcək. Oyun GİN-nin Voleybol Mərkəzində saat 18:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
11 yanvar
Yüksək Liqa (kişilər)
VIII tur
16:00. “Neftçi” - MOİK
Ünvan: Biləcəri qəsəbəsi. M. Hüseynzadə küç 2. “Murov Az Terminal” VK idman zalı.
18:00. “Murov Az Terminal” - “AZERRAIL” (CBC Sport -canlı)
Ünvan: Bakı şəhəri. GİN-nin Voleybol Mərkəzi
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
- Fərid Qayıbov TBMM-in nümayəndə heyəti ilə görüşüb
- Əfran İsmayılov: “Böyük futbolda oynadığım üçün mənə hörmət edirdilər” - MÜSAHİBƏ
- "İmişli" "Karvan"ı 2 qolla keçdi, "Qəbələ" və MOİK-dən 3 xal - YENİLƏNİB
- Deyan Kuluşevski: İsveç Millisinin Gənc Lideri