“Komo”dan transfer: “Xetafe”nin ulduzu İtaliyada
02.07.2026 - 17:11
“Komo” heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, İtaliya klubu “Xetafe”dən Luis Milyanı transfer edib.
31 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilə qədər müqavilə imzalanıb.
“Sky Sport”un məlumatına görə, keçid “Komo”ya 6 milyon avroya başa gəlib.
Qeyd edək ki, Luis Milya ötən mövsüm La Liqada 37 matçda meydana çıxıb. O, 1 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Milya bu göstərici ilə “Xetafe”nin ən yaxşı assistenti olub.
- “Şelburn” - “Qarabağ” matçının biletləri tükənib
- Sərxan Hacıyev: “Qarabağ”ın ilkə imza atması üçün idman xoşbəxtliyi çatmadı”
- “Barselona” qış transfer planını açıqladı
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Millimiz yoxlama matçları keçirəcək
0
0