Juninyo Braziliyada çempion oldu
04.12.2025 - 09:19
Juninyo Braziliyada çempion oldu

“Qarabağ”ın sabiq futbolçusu Juninyo Braziliyada növbəti titulunu qazanıb.

Apasport.az xəbər verir ki, hücumçunun formasını geyindiyi “Flamenqo” A Seriyasında çempion olub.

XXXVII turda “Seara”nı minimal hesabla məğlub edən komanda sona bir tur qalmış qızıl medalları təmin edib. “Flamenqo” ikinci sıradakı “Palmeyras”ı 5 xal qabaqlayır.

Juninyonun komandası tarixində 9-cu dəfə Braziliya çempionu olub.