Kulibali fikrini dəyişdi
19.06.2022 - 00:39
Xalidu Kulibali “Napoli”dən ayrılmaq fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu artıq Neapol təmsilçisində qalmağı düşünür.
30 yaşlı mərkəz müdafiəçisi hətta yeni müqavilə zamanı maaşının azaldılmasına da razıdır. Avropanın bir neçə aparıcı klublarının maraq dairəsinə düşməsinə baxmayaraq, Seneqal millisinin üzvü hətta karyerasının sonuna qədər “Napoli”də oynamağı planlaşdırır. Xalidu bu yay klubdan ayrılmasa, yeni mövsümdən “Napoli”nin kapitanı olacaq.
Qeyd edək ki, Xalidu Kulibali 2014-cü ildən “Napoli”də çıxış edir.
- Ayxan Abbasov: “Qurbanovun öz işi, mənim öz işim var”
- Millimizin baş məşqçisi: “Bu qalibiyyət münasibətilə Azərbaycan xalqını təbrik edirəm”
- III MDB Oyunlarında futbol yarışlarının püşkü atılıb
- "Mançester Yunayted"in yeni sahibi "Barselona"nın futbolçusunu almaq istəyir
- Qurban Qurbanov: "Daha çox "Qarabağ"lı futbolçuları "Qalatasaray"la oyuna cəlb etdik"
0
0