La Liqa klubundan kapitanı ilə bağlı QƏRAR
12.10.2022 - 23:18
![La Liqa klubundan kapitanı ilə bağlı QƏRAR](https://apasport.az/storage/news/2022/october/12/big/63469c807eda463469c807eda5166557196863469c807eda163469c807eda3.jpeg)
İspaniyanın “Valensiya” klubu Xose Luis Qayya ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, müdafiəçi ilə uzunmüddətli anlaşma imzalanacaq.
Tərəflər bütün detalları razılaşdırıb. “Yarasalar”ın kapitanı ilə müqaviləsi 5 illik olacaq.
Onun əvvəlki anlaşması mövsümün sonunda başa çatmalıdır. 27 yaşlı ispaniyalının qalmasını baş məşqçi Cennaro Qattuzo istəyir.
Qeyd edək Ki, Qayya cari mövsümün 4 oyununda bir assistə imza atıb.
0
0