Laporta yenidən PREZİDENT SEÇİLDİ
16.03.2026 - 09:33
"Barselona"nən prezident seçkilərinin nəticələri bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Joan Laporta səslərin 68,18 faizini toplayaraq növbəti dəfə qalib gəlib. Onu 32 934 seçici dəstəkləyib.
Laportanın rəqibi Viktor Fonta (29,78 faiz) isə 14 385 səs verilib.
Bülletenlərin 984-ü (2,04 faiz) boş qalıb. Nəticədə Laporta daha 5 il "Barselona"nı idarə edəcək.
Qeyd edək ki, Joan Laporta 2003-cü ildən 2010-cu ilədək "Barselona"nın prezidenti vəzifəsini daşıyıb. O, 2021-ci ildən kluba rəhbərlik edir.
- Rəşad Sadıqov: "Hakimliyin səviyyəsi yüksəlib"
- Ruslan Voronsov mükafatlandırılıb
- Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Vəli İsrafilovu təbrik edib
- Qurban Qurbanov: "Məğlub olduğumuz üçün sistemi dəyişmək fikrimiz yoxdur" - MÜSAHİBƏ
- "Napoli"nin yeni hücumçu hədəfi müəyyənləşib
0
0