Levandovski Messinin uğurunu təkrarlayıb
21.10.2024 - 12:52
“Barselona” İspaniya La Liqasının X turunda “Sevilya”nı məğlub edib.
Apasport.az xəbər verir ki, Robert Levandovski matçda iki qolla yadda qalıb.
Dubl edən polşalı hücumçu bu mövsümdəki qollarının sayını 12-yə çatdırıb.
Levandovski komandanın sabiq hücumçusu Lionel Messinin uğurunu təkrarlayıb.
Belə ki, o, Messidən sonra “Barselona”da La Liqadakı ilk 10 oyunda 12 qol vuran ikinci futbolçu olub.
- Əli Abdullayev dünya birinciliyində finala vəsiqə qazanıb
- “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
- Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında protokol imzalanıb
- Rusiya və Belarusun Bakıdakı dünya çempionatında iştirakına icazə verilib
- Braziliyalı futbolçu daha 5 il “Fulhem”də - RƏSMİ
0
0