İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski Avropanın top-5 liqalarında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekorda imza atıb.
Apasport.az xəbər verir ki, bu ay ərzində 3 dəfə fərqlənən polşalı futbolçu qollarının ümumi sayını 209-a çatdırıb.
37 yaşlı oyunçu bu qollardan 132-ni Almaniya təmsilçisi “Bavariya”nın heyətində Bundesliqada, 77-ni isə “Barselona” forması ilə La Liqada vurub.
O, bu göstərici ilə Kriştiano Ronaldonu geridə qoyub. Portuqaliyalı ulduz 30 yaşdan sonra İspaniya, İtaliya və İngiltərə çempionatlarında ümumilikdə 206 dəfə rəqib qapısına yol tapıb.
- İnanılmaz hadisə: Olimpiadaya qatılmaq üçün barmağını fəda etdi
- İspaniyalı futbolçu daha bir mövsüm bölgə klubunda çıxış edəcək
- Güləşçimiz Avropa çempionu oldu - TARİXƏ DÜŞDÜ
- Sərxan Hacıyev: “Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı"
- İranlı güləşçidən idmançımıza böyük jest - VİDEO