Bundesliqanın 18-ci həftəsində "Bavariya" doğma meydanda "Verder"i qəbul edib.
Apasport.az xəbər verir ki, lider "Bayer"i izləməyə davam edən Tomas Tuçelin komandası doğma meydanda təəccüblü məğlubiyyətlə üzləşib.
Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. Qonaq komandanın ilk 45 dəqiqədə vurduğu qol VAR yoxlamasından sonra ləğv edilib.
“Verder” 59-cu dəqiqədə Miçel Vayzerlə hesabda önə keçib. Matçın qalan dəqiqələrində "Bavariya" təzyiqini artırsa da, qol vura bilməyib.
“Verder” “Bavariya”ya qalib gələrək xalını 20-yə çatdırıb.
Qeyd edək ki, bir matç buraxan "Bavariya" lider "Bayer Leverkuzen"in qalib gəldiyi həftədə 3 xal itirib.
- 11-ci duel: Fransa 59 ildir Mərakeşə uduzmur
- Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
- Messi 800-ə çatdı
- Qurban Qurbanov davam edən danışıqlardan və Lunyovun transferinin alınmamasından danışdı - Video
- "Kəpəz"in futbolçusu: "Nəinki sonuncu, heç 9-cu yeri də... " - Müsahibə