“Lids” hücumçusunu icarəyə verdi
02.09.2022 - 00:51
“Lids”in hücumçusu Daniel Ceyms özünə yeni klub tapıb.
Apasport.az saytının məlumatına görə, hücumçu karyerasını “Fulhem”də davam etdirəcək.
Artıq tərəflər arasında keçidlə bağlı razılıq əldə olunub. 24 yaşlı uelsli icarə əsasında “Fulhem”ə keçəcək. O, bir müddət əvvəl “Tottenhem”in də maraq dairəsində olsa da, transferi baş tutmamışdı.
Qeyd edək ki, ötən yay “Lids”ə keçən Ceymsin müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- PSV "Barselona"nın müdafiəçisini tam transfer EDƏCƏK
- Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb
- “Yunayted”in ən yaxşısı bəlli olub
- Laurentsiu Regekampf: "Şanslardan yararlanmayanda məğlubiyyətə layiq olursan"
- Mourinyo Braziliya millisini çalışdıra bilər
0
0