“Lill”in futbolçusu infarkt keçirib
20.06.2024 - 09:17

Liqa 1 təmsilçilərindən "Lill"in futbolçusu Nabil Bentaleb infarkt keçirib.
Apasport.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, 29 yaşlı əlcəzairli futbolçu təcili xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün turnirlərdə 34 oyun keçirib və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində "Şalke", "Nyukasl" və "Tottenhem" klublarının formasını geyinib.
- "Real Sosyedad"ın rusiyalı yarımmüdafiəçisi komandaya qayıdır
- "Səbail" uduzdu, "Qarabağ"dan uğursuz start - YENİLƏNİB
- Canni de Byazi: “Heyəti artıq müəyyənləşdirmişəm”
- Espirito Santo ilə yenidən: 2028-ə qədər müqavilə
- "Omoniya"nın baş məşqçisi: "Növbəti mərhələyə vəsiqə qazanmağa biz daha layiq idik"
0
0