“Lion” baş məşqçisini istefaya göndərdi
28.01.2025 - 00:55
![“Lion” baş məşqçisini istefaya göndərdi](https://apasport.az/storage/news/2025/january/28/big/6797f234b932b6797f234b932c17380111886797f234b93296797f234b932a.jpeg)
Fransa Liqa 1 komandalarından “Lion”da ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, Fransa təmsilçisi baş məşqçisi Pyer Sajla yollarını ayırıb.
Bu barədə “Lequipe” nəşri məlumat yayıb.
Müqaviləyə xitam verilməsinə səbəb kimi, komandanın liqadakı vəziyyətinin elə də ürəkaçan olmaması göstərilib.
Qeyd edək ki, Pyer Saj 2023-cü ildən bəri “Lion”a rəhbərlik edirdi.
0
0