
"Liverpul" "Bornmut"un müdafiəçisi Miloş Kerkez ilə maraqlanır.
Apasport.az xəbər verir ki, mersisaydlılar macarıstanlı futbolçunu transfer etmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu Kerkezi yayda heyətinə qatmağı planlaşdırır.
"Liverpul" 21 yaşlı sol cinah müdafiəçisi üçün 40 milyon funt-sterlinqi gözdən çıxarıb.
Xatırladaq ki, "Bornmut" Miloş Kerkezi 2023-cü ilin iyul ayında "Alkmaar"dan transfer edib.
Qeyd edək ki, Macarıstan millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rəşad Sadıqov: “Hücum xəttində passiv oynadıq”
- Əliyar Ağayev Kosovo – Rumıniya matçını idarə edəcək
- Qurban Qurbanov: "Ən azından çalışacağıq ki, azarkeşlərimiz oyundan razı qalsınlar"
- Yunis Hüseynov: “Qarabağ" çempionatın qurtarmasına 7-8 tur qalmış...” - Müsahibə
- "Şamaxı" I Liqa klubu ilə yoxlama oyunu keçirəcək