Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
04.10.2025 - 12:26
Azərbaycan millisinin daha bir boksçusu Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatına qələbə ilə başlayıb.
Apasport.az xəbər verir ki, millinin üzvü Məhəmməd Cəfərov (+90 kq) 1/8 finalda Nikolas Saleki (Çexiya) mübarizədən kənarlaşdırıb.
Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, yerli idmançıya tam üstünlüklə qalib gəlib.
Cəfərov 1/4 finalda ilk mərhələdən azad olan Oleksander Slyesariyevlə (Ukrayna) döyüşəcək. Görüş oktyabrın 5-də olacaq.
Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- “Formula 1”-in Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələləri Yaxın Şərqdə vəziyyətə görə ləğv edilib
- “Mançester Siti”də yeni rekordçu
- Klopp təsdiqlədi: “O hara getsə, uğur qazanacaq”
- “Çelsi”nin futbolçusu millinin düşərgəsində zədələnib
0
0