İngiltərənin “Liverpul” klubu Türkiyədə ilk beynəlxalq futbol akademiyasını istifadəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“LFC International Academy Türkiye” adı altında fəaliyyət göstərəcək layihə vasitəsilə gənc futbolçular “Liverpul”un məşq metodologiyası üzrə hazırlıq keçəcəklər. Proqram iştirakçıların texniki, taktiki, fiziki və sosial bacarıqlarının inkişafına yönəldiləcək.
Akademiyada ilboyu məşq proqramları təşkil olunacaq. Məşqlər klubun İngiltərədəki akademiyası tərəfindən hazırlanan proqram əsasında keçiriləcək.
“Liverpul”un əfsanəvi futbolçusu və beynəlxalq akademiyanın səfiri İan Raş Türkiyədə belə bir layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edib. O, ölkədə güclü futbol mədəniyyətinin və bu idman növünə böyük marağın olduğunu vurğulayıb.
Qeyd edək ki, “LFC International Academy Türkiye” 5-16 yaş arası uşaqlar və yeniyetmələr üçün nəzərdə tutulub.