“Liverpul”un 75 milyonluq transferi açıqlandı
13.06.2022 - 13:02

“Benfika”nın hücumçusu Darvun Nunyesin “Liverpul”a transferi rəsmiləşib.
Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubu məlumat yayıb.
Bildirilib ki, Uruqvay millisinin forvardının keçidində klublar ortaq məxrəcə gəlib. 23 yaşlı oyunçunun transferindən “Benfika” 75 milyon avroluq gəlir əldə edib. Mükafatlarla birlikdə bu məbləğ 100 milyon avroya qədər qalxa bilər.
Nunyes özü isə bu gün tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə 6 illik müqavilə imzalayacaq.
- “Qarabağ” Avropa rekordunun bir addımlığında
- Vaqner da Silva: “Qarabağ” heç kim üçün sürpriz deyil” - MÜSAHİBƏ
- Krunoslav Renduliç: “Futbolçularım mükəmməl oyun sərgilədilər“
- “Cimbom”un istədiyi futbolçu zədələndi
- Mircavadov Azərbaycan derbisi haqda: “Atmacanın tərəfdarı deyiləm, “Neftçi”nin baş məşqçisi yaxşı deyib”
0
0