"Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçib
16.09.2024 - 14:32
!["Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçib](https://apasport.az/storage/news/2024/september/16/big/66e80944a7fc066e80944a7fc1172648275666e80944a7fbe66e80944a7fbf.jpeg)
“Liverpul”un sabiq futbolçusu Deyan Lovren karyerasını Yunanıstanda davam etdirəcək.
Apasport.az xəbər verir ki, PAOK 35 yaşlı müdafiəçini heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lovrenlə 2 illik müqavilə imzalanıb.
Xorvatiyalı futbolçu son olaraq “Lion”da çıxış edib. O, bundan əvvəl Rusiyada “Zenit”, İngiltərədə isə “Liverpul”da forma geyinib.
0
0