Lukakuya İtaliyadan yeni müştəri
25.08.2023 - 17:33
Lukakuya İtaliyadan yeni müştəri

“Çelsi”nin futbolçusu Romelu Lukakunu heyətində görmək istəyən klublardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu yenidən İtaliyada çıxış edə bilər.

Onun xidmətində “Roma” maraqlıdır. A seriyası təmsilçisi forvardı icarəyə götürməyi planlaşdırır. 

Artıq tərəflər arasında danışıqlar başlayıb. “Çelsi” Romelunu mövsümün sonunadək icarəyə verməyin əleyhinə deyil.

Qeyd edək ki, Lukaku ötən mövsüm icarə əsasında “İnter”də forma geyinib.