Manedən antirekord
30.12.2023 - 15:39
2023-cü ildə transfer dəyərini ən çox itirən futbolçu bəlli olub.
Apasport.az xəbər verir ki, qiyməti ən çox düşən oyunçu Sadio Manedir.
Seneqallı hücumçunun Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundakı çıxışı buna səbəb olub. Onun qiyməti cari ildə 40 milyon avro düşüb. Bu antirekordla Manenin hazırkı dəyəri 20 milyon avroya qədər geriləyib.
Qeyd edək ki, Sadio cari mövsümün 17 oyununda 8 qol və 4 assistə imza atıb.
- Araz-Naxçıvan”ın legioneri: “Hər kəsə öz keyfiyyətimi bir daha göstərdim”
- "Qəbələ"nin I Liqanın ilk turundakı rəqibi müəyyənləşib
- Paris-2024: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb
- "Prezident Kuboku 2026" beynəlxalq reqatasının püşkatma mərasimi keçirilib
- Ramos daha İspaniya millisində olmayacaq
0
0