"Maribor" ona tapşırıldı: 35 yaşlı türk məşqçi
12.06.2025 - 14:32
Sloveniyanın "Maribor" futbol klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, komanda 35 yaşlı türk mütəxəssis Tuğberk Tanrıvermişə həvalə olunub.
Daha əvvəl "Roma" və "Spezia"nın 18 yaşlı futbolçulardan ibarət komandasını çalışdıran məşqçinin son iş yeri "St.Polten" olub.
Xatırladaq ki, "Maribor" klubunun sahibi ötən gün "Fənərbaxça"nın idarə heyətindən istefa verən türkiyəli iş adamı Acun Ilıcalıdır.
- De Yonqun transferini yubadan SƏBƏB
- Boksçularımız Serbiyada 6 medal qazanıb
- III MDB Oyunları: Daha bir Samboçumuz fəxri kürsüdə yerini alıb
- “Sumqayıt”ın baş məşqçisi: “Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi"
- "Fənərbaxça" - "Kasımpaşa" matçına diqqət çəkən təyinat: İllər sonra ilk dəfə
0
0