Mbappe “50”yə çatdı
11.12.2024 - 00:46
![Mbappe “50”yə çatdı](https://apasport.az/storage/news/2024/december/11/big/6758a9575ecd96758a9575ecda17338637676758a9575ecd76758a9575ecd8.webp)
"Real"ın hücumçusu Kilian Mbappe daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, o, Çempionlar Liqasının tarixinə düşüb.
Forvard turnirin əsas mərhələsində 50 qol vuran 9-cu futbolçu olub.
Mbappe hazırda davam edən "Atalanta" ilə matçda fərqlənib. O, daha əvvəl "Monako" və PSJ-nin heyətində də qol vurmağı bacarıb.
Qeyd edək ki, 10-cu dəqiqədə hesabı açan Mbappe zədələnərək 36-cı dəqiqədə meydanı tərk edib.
0
0