Mbappedən yeni REKORD
04.01.2024 - 12:25
PSJ-nin hücumçusu Kilian Mbappe daha bir klub rekorduna imza atıb.
Apasport.az xəbər verir ki, 25 yaşlı futbolçu Fransa Superkubokunda "Tuluza"nın qapısına endirdiyi dəqiq zərbə ilə yeni nailiyyət qazanıb.
Beləliklə, Mbappe "Park de Prens"də vurduğu qolların sayını 111-ə çatdırıb. Bu, PSJ tarixindəki ən yüksək göstəricidir.
Qeyd edək ki, fransalı Paris nəhəngləri üçün 283 oyunda 234 qol vurub. Cari mövsümdə ulduz futbolçu 23 görüşdə 22 qol ilə yadda qalıb.
- Şamaxıda keçiriləcək "Milli Mətbuat – 150" minifutbol turnirinin təqdimatı baş tutub - FOTO
- Elitaya yüksəldiyi mövsüm ən çox pul xərcləyən KLUBLAR
- Dmitri Nağıyev: “Bu, Canni De Byazinin verəcəyi qərardır" - Müsahibə
- “Kəpəz” Futbol Akademiyasına media tur təşkil olunub - FOTO
- La Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
0
0