Messinin yeni müqaviləsinin müddəti müəyyənləşdi
24.12.2022 - 17:23
Lionel Messinin gələcək karyerasına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, argentinalı hücumçu PSJ-də qalacaq.
Artıq onun yeni müqaviləsinin müddəti də bəlli olub. 35 yaşlı forvard Fransa klubu ilə 1+1 illik anlaşma imzalayacaq.
Artıq tərəflər arasında danışıqlar yekunlaşıb. Yaxın günlərdə sözləşmə rəsmiləşdiriləcək.
Qeyd edək ki, 2021-ci ilin yayında Paris klubuna keçən Messinin hazırkı müqaviləsi 2+1 illik imzalanıb. Yeni anlaşma 2023-cü ilin yayında qüvvəyə minəcək.
- Futzalçılarımız Avropa çempionatına qələbə ilə başlayıb
- Rəşad Sadıqov: "Heç kim deyə bilməz ki, ünsiyyət zamanı hansısa qüsura yol vermişəm"
- "Zirə"nin futbolçusu ölkəsinin millisinə dəvət alıb
- Millimiz beynəlxalq turnirdə 11 taekvondoçu ilə yarışacaq
- İki güləşçimiz Avropa çempionatının finalına yüksəlib
0
0