“Mançester Yunayted”in futbolçuları Meyson Qrinvudun kluba qayıtmasının əleyhinədir.
Apasport.az saytı xəbər verir ki, buna onun bir qızı cinsi əlaqəyə məcbur edərək səs yazısını yayması səbəb olub.
“Qırmızı şeytanlar”ın qadınlardan ibarət komandası Qrinvudun bir qıza təcavüz etmək və ölümlə hədələməklə bağlı bütün ittihamlardan azad olunmasına baxmayaraq, onun kluba qayıtması ehtimalından çox narahatdır.
Klub üzvləri hücumçunun həbsindən əvvəl sosial şəbəkələrdə yayılan səsi eşitdikdən sonra təşvişə düşüblər. Yayılan səsdə Qrinvud qızı kobud şəkildə cinsi əlaqəyə məcbur edib.
Qeyd edək ki, “Mançester Yunayted”in bir çox işçisi də Qrinvudun klubda oynamasını istəmir.
- İslamiadanın gümüş medalçısı: "Birinci olmaq üçün əlimizdən gələni etdik"
- Mərakeş Ukraynanı əvəzlədi
- "Bavariya"nın hücumçu kimi istədiyi futbolçular bilindi
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar
- Türkiyəli hakim Konfrans Liqasının yarımfinal matçını idarə edəcək