Co Hart Paraqvayı sərt tənqid etdi - “Bu komanda utancvericidir”
05.07.2026 - 04:43
Co Hart Paraqvayı sərt tənqid etdi - “Bu komanda utancvericidir”

İngiltərə millisinin sabiq qapıçısı Co Hart DÇ-2026-nın 1/8 finalında Fransa ilə oyundan sonra Paraqvay millisini tənqid edib.

Apasport.az xəbər verir ki, Hart rəqibin oyun tərzini bəyənməyib.

“Bu komanda tamamilə utancvericidir. Mən belə bir şəkildə heç vaxt oyun qazanmaq istəməzdim. Hakim də eyni dərəcədə utancverici idi və işinin öhdəsindən gələ bilmədi”, - deyə o bildirib.

Qeyd edək ki, Paraqvay 1/8 finalda Fransaya 0:1 hesabı ilə uduzaraq mundialla vidalaşıb.