Bellingemin bir ayağı “Real”da
04.05.2023 - 00:22
Djud Bellingemin gələcəyi bəlli olur.
Apasport.az-ın məlumatına görə İngiltərə yığmasının üzvü “Real”a keçəcək.
“Borussiya”nı tərk edəcəyi gözlənilən futbolçunun transferində Madrid klubu favoritdir. Madridililər “Mançester Siti” və “Liverpul”dən daha yüksək məbləğ təklif edərək, Bellingemin keçidini həll etmək üzrədir. Yayılan xəbərlərə görə, ingilis futbolçu ilə 6 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, transferin dəyəri 100-120 milyon avro olacaq.
- Rəşad Sadıqov: "Builki avrokubok görüşlərimizdən çox razı qaldım"
- Cüdoçularımız Avropa çempionatına türkiyəli mütəxəssisin rəhbərliyi altında hazırlaşırlar
- "Beşiktaş" Juninyonu "kredit"lə almaq istəyir
- Yığmamızın kapitanı Macarıstanda ən yaxşı legioner seçildi
- Ayxan Abbasov: "Hakimlik yenə çox zəif idi"
0
0