“Sheki Open”in qalibi müəyyənləşib
25.06.2025 - 18:09
“Sheki Open”in qalibi müəyyənləşib

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.

Apasport.az xəbər verir ki, A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.

Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vitali Bernadski turniri ikinci pillədə başa vurub.

Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.

Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.