![Rauf Əliyev: “Qarabağ” bu seriyanı sonlandıracaq”](https://apasport.az/storage/news/2024/december/12/big/675ad145d3540675ad145d35411734005061675ad145d3536675ad145d353f.jpg)
“İsveç komandaları həmişə iddialı olub. Avropa Liqasının əsas mərhələsində həmin ölkənin klubları çox yüksək səviyyədə çıxış ediblər”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun sabiq üzvü Rauf Əliyev deyib.
Veteran futbolçu UEFA Avropa Liqasının VI turunun “Elfsborq”la matçı barədə fikirlərini bildirib: “Fikrimcə, standart vəziyyətlər bizim üçün təhlükəli olacaq. Amma yenə də təmsilçimizə inanırıq. “Qarabağ” səfərdə “Bodo-Qlimt”ə qalib gəlməyi bacarmışdı. Niyə də “Elfsborq”u məğlub etməsin?! Ağdamlılar öz oyununu göstərə bilsə, 3 xal qazanmaq şansı daha çox olacaq. Rəqib evdə keçirdiyi son 10 matçda uduzmayıb. 10 ev oyunu uğurlu seriyadır. Amma düşünürəm ki, “Qarabağ” bu seriyanı sonlandıracaq.
Heyətdəki itkilər komandamıza çətinlik yaradacaq. Birdən-birə iki önəmli müdafiəçinin (red. Bəhlul Mustafazadə, Kevin Medina) bu görüşdə iştirak etməməsi, böyük bir problemdir. Arxa xətdə boşluqlarımız ola bilər. Buna baxmayaraq, ümid edirəm ki, sonda sevinən tərəf biz olacağıq”.
Qeyd edək ki, “Elfsborq” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.
Hacı Heydər
- Joel Embiid: "Fransızların təzyiqi mənə təsir etmir"
- Qurban Qurbanov: "Dağın zirvəsini, qarın təmizliyini gördüm" - MÜSAHİBƏ
- De Xea seçim qarşısında: İnter Mayami və Messinin yanı
- AFFA növbəti illər üçün inkişaf strategiyasının yazılması məqsədilə görüşlər keçirib
- Amin Seydiyevin həyat yoldaşı 1 oyunda 38 qol vurdu