Mikautadze üçün “Qalatasaray”a rədd cavabı
27.12.2024 - 16:28
Türkiyə Super Liqası komandalarından “Qalatasaray” hücum xəttini gücləndirməyi planlayır.
Apasport.az xəbər verir ki, klub Jorj Mikautadze üçün “Lion”a 16 milyon avroluq təklif göndərib.
Lakin Fransa təmsilçisi oyunçu üçün 23 milyon avro tələb etdiyinə görə, bu təklifi rədd edib.
Bildirilib ki, “sarı-qırmızılılar” futbolçu üçün 18.5 milyon avro və sonrakı satışdan pay veriləcəyi daha bir təklif göndərib.
Qeyd edək ki, Mikautadze bu mövsüm “Lion”un heyətində meydana çıxdığı 21 rəsmi matçda 7 qol, 1 məhasuldar ötürmə ilə yadda qalıb.
- Futbolçuya kəllə vuran baş məşqçi istefaya göndərildi
- Millimizin İsveç və Xorvatiya oyunları üçün heyəti açıqlanıb
- "Fənərbaxça" - "Olimpiakos" matçı Avropa mətbuatında
- Hüseyn Məhəmmədov “Neftçi”də problemin səbəbkarını açıqladı - MÜSAHİBƏ
- Vaqif Cavadov: “Rəşadın məşqçi kimi ilk titulunu qazanmasını istərdim”
0
0