"Milan" futbolçularından analarına jest
09.05.2025 - 16:33
“Milan”ın futbolçuları İtaliya A seriyasının 36-cı turunda bu gün “Bolonya” ilə matça analarının soyadları yazılan köynəklərlə çıxacaqlar.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Milan" mayın 11-də qeyd olunacaq Beynəlxaq Analar Günü münasibətilə bu addımı atır.
Oyunun keçiriləcəyi "San Siro" stadionunun ekranlarında və LED lövhələrdə "Milan" əfsanələrinin, futbolçularının və azarkeşlərinin göndərdiyi analarına məxsus fotolar nümayiş olunacaq.
Qeyd edək ki, “Milan” – “Bolonya” matçı Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

- Ramin Musayev: “Qurban Qurbanov “Lex”in adını “lox” elədi” - MÜSAHİBƏ
- Donald Gerye Azərbaycana qayıtmaq istəyir
- Premyer Liqanın XXXVI turunda rekord qırıldı
- "Gəncə" argentinalı mütəxəssislə müqavilə imzalayıb
- "Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla başa çatıb - FOTO
0
0