"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün Bakıda baş tutacaq "Benfika" (Portuqaliya) ilə matça itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasından bildrilib.
Vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertola və Aleksanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov "qırmızı-ağlar"ın iştirak ərizəsinə daxil ediliblər.
Baş məşqçi Yevgeni Kukseviç "Araz-Naxçıvan"ın ilk oyun üçün iştirak ərizəsinə aşağıdakı futbolçuların adını daxil edib:
Qapıçılar - 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov;
Oyunçular - 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jan Peruzzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Lonqo, 49. Kənan Manafov, 7. Yaqo Enrike, 9. Alleks Rezende
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Benfika" matçı Bakı İdman Sarayında, saat 20:00-da start götürəcək.
- AL-də mövsümün rəmzi heyəti açıqlanıb
- Əfran İsmayılov: “Mümkün rəqiblərin hamısı potensial təhlükədir”
- İran FIFA ilə Dünya Kuboku matçlarını ABŞ-dan Meksikaya keçirmək üçün danışıqlar aparır
- Joze Mourinyo: “Hər üç avrokuboku qazanan ilk məşqçi olacam”
- "Kəpəz" 1/4 finalda, “Araz” kubokla vidalaşdı - YENİLƏNİB