Milli üzvü Madrid nəhənginə keçir
18.07.2022 - 22:15
Fil Dişi Sahili millisinin sağ cinah müdafiəçisi Serj Orye “Atletiko”ya keçməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, Madrid klubu 30 yaşlı futbolçu ilə ciddi maraqlanır.
Ötən mövsüm formasını geyindiyi “Vilyarreal”dan ayrılan Orye hazırda azad agentdir. “Atletiko” rəhbərliyi bundan yararlanaraq, onunla müqavilənin şərtlərini razılaşdırmağa çalışır. Futbolçu özü də Avropanın iddialı klublarından birində oynamaq arzusundadır.
Qeyd edək ki, Serj Orye keçən mövsüm “Vilyarreal”ın heyətində bütün turnirlərdə 24 oyunda 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Milli Olimpiya Komitəsi BOK-a rəsmi müraciət edib
- Kurban Berdiyev: "Bu oyun üçün motivasiyamız çatışmırdı"
- Piruzi Marvkvaladze: “Neftçi” qarşısındakı üstünlüyü saxlamaq üçün əlimizdən gələni edəcəyik” - MÜSAHİBƏ
- “Sabah” komandalarından 8 qələbə
- “Bu turu İstanbulda azarkeşlərimizin önündə keçə bilərik" - İsmail Kartal
0
0