İngiltərə millisinin və “Mançester Siti”nin futbolçusu Cek Qriliş idman rejimini pozur.
Apasport.az saytının məlumatına görə, bunu 28 yaşlı yarımmüdafiəçinin özü açıqlayıb.
O, spirtli içkilərdən yararlandığını etiraf edib: “Hərdən gəzməyi və özümü rahat hiss etməyi sevirəm. Yalan danışmayacam və deməyəcəm ki, heç hara getmirəm. Mənası nədir? Hər gün səhər 8-dən idman zalında olduğumu və buna görə yaxşı oynadığımı demək məntiqsizdir. Amma bu, belə deyil. Arabir içməyi və dostlarımda gəzməyi sevirəm. Bu, tam normal bir şeydir”.
Qeyd edək ki, “Mançester Siti”nin əsas heyət üzvü olan Cek mövsümün 45 matçında 5 qol və 11 asssitə imza atıb.
- Azərbaycanlı nümayəndə ilk dəfə avrokubokların 1/4 finalında
- Azərbaycan klubunun adı dəyişdirildi
- Millimizin DÇ-2026-nın seçmə mərhələsinin püşkatmada yer alacağı səbət dəqiqləşib
- Qurbanov hakimlərdən narazı qaldı: “Üç dəfə baxdılar, görmədilər”
- Taekvondo üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib