“Burada isə daha çox taktiki məşqlər üzərində işləyirik”.
Apasport.az xəbər verir ki, bunu Türkiyədə təlim-məşq toplanışı keçən “Sumqayıt”ın baş məşqisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis “Orenburq”la keçirilən yoxlama oyunu haqqında danışıb: "Yeni mövsümün hazırlıqlarının ilk mərhələsinə Sumqayıtda start verdik. Orada daha çox fiziki və güc məşqləri üzərində çalışdıq. Artıq 4 gündür Qızılcahamamdayıq. Hazırlıq prosesində ilk oyunumuz idi. Çalışdıq ki, düşərgədə olan bütün futbolçulara şans verək. Matç ərzində işlədiyimiz taktiki gedişləri bir də sınaqdan keçirdik. Bu cür oyunlarda nəticə önəmli deyil. Əsas məqsəd oyunçularımı iş başında görmək idi, buna da nail olduq. Düşünürəm ki, komanda meydanda onlardan istədiyimi göstərə bildi".
Qeyd edək ki, “Sumqayıt” Rusiya təmsilçisinə 1:2 hesabı ilə uduzub.
- 2025/2026 mövsümündə Çempionlar Liqasının keçiriləcəyi şəhər bəlli olub
- “Neftçi”nin 3 futbolçusu “Qarabağ”la oyunu buraxacaq
- FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı
- Murat Salar: “Fənərbaxça”nın Ali Koça 3,5 milyard borcu var”
- UEFA-da Bobana vəzifə verildi – Zidan, Ançelotti, Mourinyo bir Şuraya yığıldı