Millimizin üzvü oynadı, komandası məğlub oldu
11.01.2026 - 01:30
Niderlandda Erediviziyanın XVIII turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün çıxış etdiyi “Volendam” səfərdə “Alkmaar”a 0:1 hesabı ilə məğlub olub.
Kökçü meydana 68-ci dəqiqədə, komandası artıq qol buraxdıqdan sonra daxil olub.
Hazırda “Volendam” 14 xalla turnir cədvəlində sondan ikinci – 17-ci pillədə qərarlaşıb.
0
0