“Barselona”da itki
30.09.2023 - 12:13

“Barselona”nın futbolçusu Rafinya Diasın durumuna aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, La Liqanın “Sevilya” ilə oyununda zədələnən vinger ən azı bir ay müddətinə sıradan çıxıb.
Qarşılaşmanın 37-ci dəqiqəsində əvəzlənən braziliyalı qarşıdakı 5 matçı buraxacaq. Əzələsində problem yaranan Rafinya oktyabrın 28-də “Real”la görüşdə də iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Barselona” “Sevilya”ya 1:0 hesabı ilə qalib gəlib.
- De Sart: "Qarabağ"ın sol cinahı daha təhlükəlidir"
- “Qarabağ” Benzianı komandada saxlamaq istəyir
- Azərbaycan millisinin və futbol klublarının həkimləri üçün seminar təşkil olunub
- Bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
0
0