“Neftçi” finalın biletlərini satışa çıxardı
30.05.2023 - 17:40
Azərbaycan kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Apasport.az saytının məlumatına görə. bunu “Neftçi”nin mətbuat xidməti açıqlayıb.
Bakı klubunun azarkeşləri üçün nəzərdə tutulan və qiyməti 2, 3, 5 və 10 AZN olan biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar hər gün saat 10:00-dan 18:00-dək, oyun günü isə 10:00-dan 20:00-dək işləyəcək.
Qeyd edək ki, iyunun 3-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da başlayacaq.
- Gəncədə milli matç? - Azərbaycan - Fransa oyunu üçün namizəd stadionlar
- Millimizin üzvü: "Hər iki görüşdə də sona qədər mübarizə apardıq" - Müsahibə
- Keyn “Mançester Yunayted”dən imtina səbəbini açıqladı
- Daniele Ruqani: "Bakıya qələbə üçün gəlmişik"
- “Sumqayıt”ın Premyer Liqada qalmaq şansı - YENİLƏNİR
0
0