Millinin qapıçısı klubunu dəyişdi
09.08.2022 - 12:58
![Millinin qapıçısı klubunu dəyişdi](https://apasport.az/storage/news/2022/august/09/big/62f221bcd270562f221bcd2706166003551662f221bcd270062f221bcd2703.jpeg)
İspaniyanın “Real Sosyedad” klubu qapıçısı Metyu Rayanı satıb.
Apasport.az saytının məlumatına görə, Avstraliya millisinin qolkiperi “Kopenhagen”in formasını geyinəcək.
Danimarka klubu 30 yaşlı əlcək sahibi ilə 2 illik müqavilə imzalayıb. Bu transfer 5 milyon avroya gerçəkləşib.
Qeyd edək ki, Rayan ötən mövsümün 9 oyununda 14 qol buraxıb.
0
0