Modriç də MLS karvanına qoşulur
25.09.2023 - 22:46
![Modriç də MLS karvanına qoşulur](https://apasport.az/storage/news/2023/september/25/big/651183a310517651183a3105181695646627651183a310515651183a310516.png)
Daha bir tanınmış futbolçu MLS-ə gedir.
Apasport.az saytı xəbər verir ki, Madrid “Real”ının üzvü Luka Modriç karyerasını ABŞ-da davam etdirməyə yaxındır.
Avropa futbolu ilə vidalaşmağı düşünən 38 yaşlı xorvatiyalı “İnter Mayami”nin diqqət mərkəzindədir. Heyətində Lionel Messi , Jordi Alba və Serxio Buskets kimi ulduzları olan Mayami təmsilçisi Modriçin keçidi üçün araşdırmalar aparır. Lukanın okeanın o tayına yollanmağa mübət yanaşdığı bildirilir.
Qeyd edək ki, bu mövsüm daha çox ehtiyatda qalan futbolçu cəmi bir matçda ilk 11-də meydana çıxıb.
0
0