"Beşiktaş"da AYRILIQ
07.01.2024 - 15:14
!["Beşiktaş"da AYRILIQ](https://apasport.az/storage/news/2024/january/07/big/659a5d2d62565659a5d2d625661704615213659a5d2d62563659a5d2d62564.jpg)
Ara transfer cəhdlərini davam etdirən "Beşiktaş" yarımmüdafiəçisi Jan Onana ilə yollarını ayırıb.
Apasport.az "TRT Spor"a istinadla xəbər verir ki, ağ-qaraların Fransa Liqa 1 komandası "Marsel"lə anlaşdığı bildirilib. Məlumata görə, Onana alqı-satqı variantı ilə kirayə veriləcək.
Qeyd edək ki, "Beşiktaş" mövsümün əvvəlində Jan Onanı heyətinə qatıb. İstanbul təmsilçisinin "Lens”dən heyətinə qatdığı Onana bu mövsüm 10 matçda çıxış edərək 1 məhsuldar ötürmə edib.
0
0