Modriç İtaliya klubu ilə danışıqlar aparır
03.06.2025 - 10:37

"Real"dan ayrılan Luka Modriçə dünyanın bir çox klubundan maraq var.
Apasport.az xəbər verir ki, bu klublardan biri də "Milan"dır.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. O, İtaliya klubunn Modriçlə danışıqlar apardığını bildirib.
Qeyd edək ki, Modriç 2012-ci ildən "Real"da oynayırdı. Bu müddət ərzində o, klubla 28 kubok qazanıb. Luka komandanın heyətində 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə verib.
0
0