Martinez İkardidən sonra üçüncüdür
26.02.2024 - 09:07
Lautaro Martinez daha bir uğura imza atıb.
Apasport.az xəbər verir ki, "İnter"in hücumçusunun İtaliya A Seriyasında vurduğu qolların sayı 100-ü ötüb.
26 Yaşlı argentinalı çempionatın XXVI turunun "Leççe" ilə matçında (4:0) dubla imza atıb.
Bununla da A Seriyasındakı qollarının sayını 101-ə çatdıran Martinez “neradzurri” tarixində Stefano Niers və Mauro İkardidən sonra yarışda 100 qol həddinə çatan üçüncü əcnəbi oyunçu olub.
Qeyd edək ki, bu mövsüm “İnter” forması ilə 33 matçda meydana çıxan Martinez 25 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qarabağ” qalib gəlsə... - STATİSTİKA
- Dünya çempionu Hidayət Heydərov vətənə qayıdıb - FOTO
- Ramin Quliyev: "Neftçi"də mövsümün gedişindəki uğurlu seriyanı saxlasaydı, fərqli alınardı" - MÜSAHİBƏ
- Çempionlar Liqası: Qrupa ilk 3 vəsiqənin sahibi bəlli olur
- İrina Zaretska: “Həmin zərbə mənə qələbə qazandırdı”
0
0