Səudiyyə Ərəbistanına gedən məşhur futbolçular karvanına daha biri qoşulur.
Apasport.az xəbər verir ki, "Real"ın yarımmüdafiəçisi Luka Modriç Ərəbistan yarımadasına köçə bilər.
Sözügedən ölkənin “Əl Hilal” klubu hələ yayda 38 yaşlı mərkəz yarımmüdafiəçisini heyətə cəlb etmək istəsə də, xorvatiyalı bu keçiddən imtina etmişdi. Ancaq yeni mövsümdə Madrid klubunda az oyun keçirməsi Lukanın fikrinin dəyişməsinə səbəb olub. O daha çox ABŞ-a getməyi arzulasa da, ərəblərin iki mövsüm üçün 200 milyon avroluq müqavilə təklif etməsi oyunçuya cazibədar gəlib.
Qeyd edək ki, 2012-ci ildə “Real” forması geyinən Modriç bu mövsüm 8 matçda iştirak edib.
- “Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək
- AVRO-2024-ün yekun səbətləri – Azərbaycanla Türkiyə 4-də
- Macarıstan millisinin üzvü: “Bizim üçün nəticə önəmlidir”
- “Qarabağ”ın rəqibi müəyyənləşdi - YENİLƏNİB
- Azərbaycan yelkənçiləri Türkiyədə "Lorima Cup" beynəlxalq reqatasında iştirak ediblər