Tomas Müller Bundesliqa rekordunun bir addımlığındadır.
Apasport.az xəbər verir ki, “Bavariya” – “Frayburq” matçı ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu görüşdə qeydə alınan nəticə 34 yaşlı futbolçunun karyerasında 322-ci qələbəsi olub.
Bununla da o, komanda yoldaşı Manuel Noyerin müəyyən etdiyi Bundesliqa rekordunu təkrarlayıb.
Noyerin hazırda zədəli olduğunu nəzərə alsaq, hücumameyilli yarımmüdafiəçi daha bir oyunda qazanılacaq qələbə ilə mütləq rekorda sahib ola bilər.
Qeyd edək ki, Bavariya VIII turda səfərdə “Maynz” klubunun qonağı olacaq. Görüş oktyabrın 21-də keçiriləcək.
- Rəşad Sadıqov: “Musanın günü idi, nə edirdisə, alınırdı” - VİDEO
- “Premyer Liqada qalib olmaq Çempionlar Liqasını qazanmaqdan çətindir”
- Boksçumuz İslam Oyunlarını gümüş medalla başa vurdu - FOTO
- Millimiz Macarıstanda beynəlxalq turnirdə iştirak edəcək
- Şahin Diniyev: "Milliyə olan ümid tam ölməyib" - Müsahibə