"Napoli" də "Qarabağ"la oyuna görə cərimələnib
24.12.2025 - 15:56
UEFA "Qarabağ"la oyunda yaşananlara görə İtaliyanın "Napoli" klubunu cərimələyib.
Apasport.az xəbər verir ki, buna UEFA Çempionlar Liqasının əsas mərhələsinin matçında yaşananlar səbəb olub.
Neapol təmsilçisi sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 12 min, azarkeşlərin atəşfəşanlıq etməsi ucbatından 5250 avro ziyana düşüb.
Qeyd edək ki, İtaliyada baş tutmuş görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə bitib.
0
0