“Nyukasl” kapitanını İtirdi
15.02.2026 - 21:43
"Nyukasl"ın kapitanı Bruno Gimaraynş zədələnib.
Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la matçlarında oynaya bilməyəcək.
Bu barədə İngiltərə mətbuatına açıqlamasında klubun baş məşqçisi Eddi Hou deyib.
Braziliyalı yarımmüdafiəçi təxminən iki ay yaşıl meydanlardan kənar qalacaq.
28 yaşlı futbolçunun bud əzələsindən ciddi zədə alıb.
Xatırladaq ki, Azərbaycan çempionunun "sağsağanlar"la duelləri fevralın 18-də və 24-də baş tutacaq.
- "Barselona"dan antirekord
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- Klubu razıdır, özü narazı: "Neftçi" əlcəzairlini yola gətirməyə çalışır
- Vanderson: “Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır”
- Vadim Kuramşin: "Bir-iki səhv nəticəyə mənfi təsir göstərdi"
0
0