“Napoli” hücumçusuna qiymət qoydu
04.02.2023 - 17:48
![“Napoli” hücumçusuna qiymət qoydu](https://apasport.az/storage/news/2023/february/04/big/63de30793a94863de30793a949167550578563de30793a94463de30793a946.jpg)
“Napoli”nin futbolçusu Viktor Osimhen üçün tələb etdiyi məbləğ bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubunun hücumçusu bir sıra Avropa nəhənglərinin hədəfindədir.
A seriyası təmsilçisi forvardı satmaqda maraqlı deyil. Neapollular yalnız cəlbedici təklif qarşılığında transferə razılıq verəcək. Bunun üçün 100 milyon avro tələb olunur. 2020-ci ildə nigeriyalı üçün “Lill”ə 70 milyon ödəyən “Napoli” 30 milyon qazanmaq fikrindədir.
Qeyd edək ki, Osimhen A seriyasının cari mövsümündə 16 matçda 14 qola imza atıb.
0
0