“Napoli” klubu “Marsel”də çıxış edən Meyson Qrinvudu heyətinə qatmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, Neapol təmsilçisi gələn yay transfer pəncərəsində ingiltərəli hücumçu üçün rəsmi təklif göndərməyə hazırlaşır. Komandanın baş məşqçisi Antonio Kontenin Qrinvudun oyun üslubunu bəyəndiyi və onu hücum xəttini gücləndirəcək əsas oyunçu kimi gördüyü bildirilir.
Qeyd edək ki, Qrinvudla "Barselona" və "Atletiko" (Madrid) klublarının maraqlandığı məlumatları da hazırda gündəmdədir. Futbolçu cari mövsümdə "Marsel"in heyətində bütün turnirlərdə 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rafael Ağayevin anasının adına Afrikada bulaq açıldı - VİDEO
- DÇ-26: HANSI OYUN, SAAT NEÇƏDƏ, HANSI KANALDA
- “Frayburq”un baş məşqçisi: “Qarabağ”la düşmək maraqlı olar”
- Prezident: “Əminəm ki, bundan sonra Minifutbol Federasiyamız da dövlət tərəfindən eyni qayğı ilə əhatə olunacaq”
- Cüdo üzrə ölkə birinciliyinə start verilib - FOTO