
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının rəsmi şüarı açıqlanıb.
Apasport.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova oyunlara həsr olunmuş ilk mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, yarış “Hər qəlbdə bir qələbə” devizi altında təşkil olunacaq.
Qeyd edək ki, turnir Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə baş tutacaq. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda keçiriləcək.
Yarışlar ümumilikdə 23 idman növü üzrə 12 müxtəlif idman obyektində təşkil olunacaq. Oyunlarda təxminən 5550 iştirakçının qatılacağı gözlənilir.