“Napoli” ulduz futbolçusunu komandada saxlamağı planlaşdırır
12.03.2026 - 21:58
“Napoli” ulduz futbolçusunu komandada saxlamağı planlaşdırır

"Napoli" ulduz futbolçusu Skott MakTomineyə yeni müqavilə təklif etməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, Neapol təmsilçisi şotlandiyalı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2030-cu ilin yayınadək uzatmaq istəyir.

Bu barədə yerli mətbuat məlumat yayıb.

İddialara görə, MakTominey yeni təklifi qəbul etsə, komandanın ən yüksəködənişli oyunçusu olacaq.

Qeyd edək ki, 2024-cü ildən “Napoli”də çıxış edən Skott MakTominey ötən mövsüm A Seriyası çempionluğu yaşayıb və turnirin ən dəyərli futbolçusu seçilib. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm İtaliya çempionatında 6 qol vurub.